Paytaxtın Səbail rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının üzlüyü sakinlər üçün təhlükə yaradıb. Bu haqda bu gün, 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Həmin binanın xarici divarına bərkidilən şüşədən ibarət üzlüyün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Görülən tədbirlər nəticəsində divarın üzlüyü çıxarılıb və təhlükə aradan qaldırılıb.