Qaradağ rayonunda magistral yolda təmir işləri aparılır. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az xəbər verir.
Bakı Dairəvi yolunun “Qurd qapısı” yaxınlığında olan hissəsində təmir-bərpa işləri aparılır. Burada köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir. Hazırda avtomobil yolunda hərəkətə qismən məhdudiyyət qoyulub. Magistral yolda güclü sıxlıq yaranıb.
Həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/06/baku1.mp4"][/video]