Bakının bir sıra küçələrində hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti saat 08:00-dan etibarən tam məhdudlaşdırılacaq. Həmin küçələr aşağıdakı kimidir:
- Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən;
- Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən;
- Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından;
- İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən;
- Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətində.
Sürücülərdən şəxsi avtomobillərdən az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.