Sərnişinləri yolda qoyan avtobus sürücüsü işdən çıxarılıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Bakubus" MMC-nin verdiyi məlumata əsasən, vəzifəsinin icrası zamanı kobud pozuntular səbəbindən “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, sözügedən sürücü vəzifəsindən azad edilib.
“Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi vurğulayırıq", – deyə qurum əlavə edib.
Bir neçə gün öncə “BakuBus”ın sürücüsü avtobusu yarı yolda saxlayaraq sərnişinlərə avtobusu tərk etməyi tapşırmışdı.