Bakıda inşa olunan bina ilə bağlı yayılmış video haqda açıqlama verilib. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə inşa olunan bina təsdiq edilmiş layihə əsasında inşa edilir.
“Həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir", – deyə qurumdan bildirilib.
Bundan əlavə, videonu paylaşan şəxs həmin obyektdə fəhlə kimi çalışırmış. O, izləyici kütləsi qazanmaq və tikinti şirkəti ilə arasında gələcəkdə problem yaranarsa, video ilə hədə-qorxu gəlmək üçün videonu hazırlamışdı.