Bakı və Abşeronda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Paytaxt və Abşeron yarımadasında 4 yanvar tarixində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8, gündüz isə 10-15 dərəcə isti olacaq.