Bakı və Abşeron yarımadasında sabah gözlənilən hava açıqlanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
3 dekabr tarixində Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz isə 17-22 dərəcə isti olacaq.