11 dekabr tarixində Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunan tarixdə saat 11:00-dan 15:00-dək S.C.Pişəvəri küçəsində qazıntı işləri səbəbindən 7B, 79,165, 205 və 211 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi – C.Səlimov küçəsi – Ə.Salamzadə küçəsi – Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.