Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
13 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz isə 16-21 dərəcə isti olacaq.