Bakıda və Abşeron yarımadasında sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz isə 13-18 dərəcə isti olacaq.