Bakıda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
5 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz isə 13-18 dərəcə isti olacaq.