Sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq.