Bakıda və Abşeron yarımadasında sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Həmçinin mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxta - 2 dərəcə isti arası dəyişəcək, gündüz isə 5-10 dərəcə isti olacaq.