Sabah, 6 yanvar tarixində Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək. Bu haqda bu gün, yanvarın 5-də Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Günün ikinci yarısından külək zəifləyəcək.