Sabah, noyabrın 12-si səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündə təmir işləri aparılacaq. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Qeyd olunan vaxt müddətində yol ötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur.