Sabah, 20 yanvar tarixində Bakıda sulu qar və qar yağacaq. Bu haqda BakuPlus Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə və gündüz 1-3 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.