Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
24 yanvar tarixində Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 1 dərəcə şaxta - 2 dərəcə isti arası dəyişəcək.