Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz isə 12-17 dərəcə isti olacaq.