“Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova deyib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fed.az-a istinadən məlumat verir.
Onun sözlərinə görə, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etdirir.
İsmayılova onu da qeyd edib ki, fəaliyyətini dayandıran “Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil.