Sabiq bank müdiri barəsində hökm oxunub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
O, bank sədri vəzifəsində olan zaman özgə malını mənimsəməkdə təqsirləndirilir. N.Vəliyev Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmaqda, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına kredit rəsmiləşdirib mənimsəməklə talamaqda ittiham edilir. Beləliklə, təqsirkar 5 milyon AZN ziyan vurmaqda ittiham olunur.