Sabiq deputata hökm oxunub. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə D.Xəlilovun ümumi məhkumluq müddəti 14 il 9 aya, A.Cavadovun məhkumluq müddəti isə 12 il 6 aya qaldırılıb. Bununla da onların cəzası müvafiq olaraq 9 il 6 ay və 9 il uzadılıb.
Dünyamin Xəlilov və Azad Cavadov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinin adlarına qanunsuz yollarla kreditə ümumilikdə 6 milyon 642 min AZN-dən artıq pul götürərək mənimsəyiblər.