Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs tutulub. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı stansiya ərazisində 22 yaşlı Vüsal Nəcəfəliyev saxlanılıb. Onun əlindəki çantada 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilib. Həmçinin içəridə 1 kiloqram 125 qram marixuana da tapılıb.
V.Nəcəfəliyev silah və narkotiki satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.