top
Sabunçuda yeyib-içən tanışlardan biri o birini bıçaqladı – TƏFƏRRÜAT
06 dekabr 2025, 14:35
- ↺ +

Sabunçuda yeyib-içən tanışlardan biri o birini bıçaqladı – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Qəmbər Babayev tanışı Nəsimiyə (ad-soyadlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Həmin gün gecə saat 2 radələrində Q.Babayevin yaşadığı bir otaqlı evdə tanışı Nəsiminin onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı o, masanın üzərində olan mətbəx bıçağı ilə Nəsiminin bel, ayaq və hər iki qol nahiyyələrindən bir neçə dəfə vurub.

Q.Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabunçu qəsəbəsində yerləşən bir otaqlı fərdi evdə bir müddət tanışları Nəsimi və İlqarla birlikdə yaşayıb, münasibətləri normal olub: "Hadisə günü İlqarla kafedə spirtli içki içdik. Təxminən saat 22 radələrində evə gəldim. Hamama girdim, çıxdıqda Nəsimi, İlqar və qonşuluqda yaşayan bir şəxsin yeyib-içdiklərini gördüm. Mən də onlara qoşuldum".

Təqsirləndirilən qeyd edib ki, Nəsimi ilə qonşuluqda yaşayan şəxs mübahisə ediblər və qonşu oradan gedib: "Dükandan yenə spirtli içki aldım, evə qayıtdıqda Nəsiminin yanında tanımadığım iki qadın gördüm. Ona içki içdikdən sonra getməli olduğunu dedim.

Gecə saat 2 radələrində Nəsimi məni yanına çağırdı və nəyə görə onun çıxmağını istədiyimi soruşdu, mübahisə etməyə başladıq. Masanın üzərində olan bıçağı götürdüm və onun bel, sol ayaq və hər iki qol nahiyyələrindən zərbələr vurdum. Sonra qorxub küçəyə çıxdım və oradan uzaqlaşdım".

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb.

Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər