“Salaam Cinema” mədəniyyət məkanı sənətçilərə açıq çağırışla müraciət edib. Məkanda gələn il keçiriləcək sərgidə iştirak etmək istəyənlər üçün qeydiyyata başlanılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
“Bakir(ə) Tarix” adlı sərgidə rəssamlar, heykəltaraşlar, fotoqraflar, videoqraflar və digər sənətlərlə məşğul olan şəxslər iştirak edə biləcəklər. Sərgi bir neçə pillə şəklində keçiriləcək.
“Bu sərgi “Salaam Cinema” binasının Malakan dövründən bu günə kimi tarixini əks etdirərək öz hekayəsini quracaq. Yaradıcı ifadənizlə Malakanın taleyini formalaşdıraraq davam edən hekayənin bir hissəsi olun”, – çağırışda deyilir.
Son müraciət tarixi: 15 Yanvar 2024-cü il. Qeydiyyatdan keçmək üçün onlayn formasını doldurmaq mütləqdir.