Bakıda fəaliyyət göstərən “Salam Taksi” (*9333) yanvarın 1-dən bağlanıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Taksi sürücülərinin sözlərinə görə, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Bunun nə vaxt baş vərəcəyi məlum deyil.
Taksi şirkətinin qısa nömrəsi hazırda işləmir. Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb.