Fervalın 7-də, Azərbaycan prezidenti seçkiləri günü universitetlərdə dərslər keçirilməyəcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün, 23 dekabr tarixində keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Məsələ ilə bağlı elm və təhsil naziri Emin Əmrullayevlə görüş keçirilib. Universitetlər seçicilərin siyahılarını təqdim edəcək.
“Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr əgər 6 ay bir evdə kirayə qalırlarsa, artıq orada səs verə bilər, yox əgər kirayədən çıxırsa, qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verməlidir”, – M.Pənahov deyib.