Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiq (Əliyev Balayar Sadiq oğlu) Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Oktyabrın 22-də huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən şairə işemik insult diaqnozu qoyulub. Xəstəxanda müalicələri aparılan Əliyevin vəziyyəti stabil olduqdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Onun vəziyyəti kafi kimi qiymətləndirilir.