Ermənistan KİV-ləri xəbər verir ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək tələbi ilə razılaşıblar. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Daha öncə məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yevlaxda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhalinin nümayəndələri ilə görüşə hazır olduğunu açıqlamışdı.
Lakin antiterror tədbirlərini dayandırmaq üçün qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks halda terrorla mübarizə tədbirləri sona qədər davam etdiriləcək.
Bu arada, erməni KİV-lərinin məlumatına görə, separatçılar arasında yaralananların sayı 200-ü keçib, 32 nəfər ölüb.