Bakıda vətəndaşlardan silah təhvili davam edir. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
5 aprel tarixində polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.