Əsirlikdən azad olunan hərbçilər ailələrinə qovuşublar. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əsirlikdən azad edilən 20 yaşlı Hüseyn Axundov və 19 yaşlı Aqşin Bəbirov müvafiq tibbi müayinədən sonra evlərinə aparılıblar.
Ötən gün Azərbaycan və Ermənistan arasında əsir mübadiləsi aparılıb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/12/video_2023-12-14_09-32-49.mp4"][/video]