Bakının “İçərişəhər” metro stansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranları yenilənib. Bu haqda bu gün, 21 fevral tarixində Report məlumat verib.
Təmir “Azərsu”nun “Bir Damcı” kampaniyası çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Bulağının kranları qənaətli su kranları ilə əvəz olunub. Əvvəllər gecə-gündüz axan su itkisinin qarşısı alınıb.
Kampaniya çərçivəsində şəhərin digər ünvanlarında da yerləşən içməli su bulaqlarının kranları analoji kranlarla əvəz olunacaq.
[URIS id=91456]