İsrailin Azərbaycandakı səfirliyi əvvəlki qaydada fəaliyyət göstərir. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Diplomatik missiyadan verilən məlumata əsasən, səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir.
Bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna cavab kimi İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb. Ötən gün isə İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.