Stadionda təmir zamanı yıxılan fəhlə vəfat edib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Tofiq Bəhramov adına Respublika Stadionunda çökmüş tavanı təmir edən zaman fəhlə hündürlükdən yıxılıb. 55 yaşlı Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ötən gün sözügedən stadionun tavanının çökməsi barədə məlumat verilmişdi.