AQTA paytaxt ərazisində bir neçə ictimai iaşə obyektini cərimələyib. Bu haqda bu gün, 14 yanvar tarixində qurumun mətbuat xidməti məlumat yayıb.
Xətai rayonu, Xocalı küç., ev 22 ünvanında yerləşən “Sumakh” restoranı, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən "Maharaja" MMC-yə məxsus restoran və digər 3 ictimai iaşə obyektlərində qanun pozuntuları aşkarlanıb.
Faktlarla bağlı müəssisə rəhbərləri məsuliyyətə cəlb olunublar.
Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumata əsasən 13 yanvar tarixində ölkə ərazisində 427 ictimai iaşə obyektində monitorinqlər keçirilib.