Sumqayıtda qanunsuz ov edən paytaxt sakini saxlanılıb. Bu haqda 14 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları reyd keçirdib. Burada qanunsuz balıq ov edən brakonyer aşkarlanıb. Məlum olub ki, o, Bakı şəhər sakini Əmiraslan Hüseynovdur. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub.