Sumqayıt-Bakı istiqaməti ilə hərəkət edən sürətli sərnişin qatarı cədvəllə planlaşdırılmış vaxtdan 17 dəqiqə gec yola düşüb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Belə ki, saat 07:35-də Sumqayıtdan hərəkət etməli olan qatar saat 07:52-də yola çıxıb. Həmçinin saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı saat 08:01-də yola çıxıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, buna səbəb güclü küləyin əsməsi nəticəsində cərəyan qəbuledici naqillərin zədələnməsi olub.