Sumqayıtdan Bakıya gələn qatar 21 dəqiqə gecikib. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Saat 07:20-də Sumqayıtdan yola düşən qatar cədvələ uyğun olaraq Bakı Dəmiryol Stansiyasına 07:59-da çatmalı olsa da, 08:20-də mənzilbaşına çatıb.
Gecikmənin səbəbi texniki nasazlıq olub.