top
Sumqayıt-Bakı avtobuslarının qısa xülasəsi
14 noyabr 2025, 15:56
- ↺ +

Sumqayıt-Bakı avtobuslarının qısa xülasəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər gün minlərlə insan Bakı şəhərinə işləmək, təhsil almaq və müxtəlif şəxsi məqsədlərlə səfər edir. Bu da paytaxta doğru olan nəqliyyat axınını xeyli artırır. Son illər şəxsi avtomobillərlə hərəkətin çətinləşməsi, tıxacların artması səbəbindən vətəndaşlar ictimai nəqliyyata, xüsusilə avtobuslara daha çox üstünlük verməyə başlayıb. 

Həmçinin avtobus zolaqlarının yaradılması da insanların avtobuslara üz tutmasının əsas səbəblərindəndir. Belə ki, bu zolaqlarda avtobuslar daha sürətli hərəkət edə bilir, bu isə insanların ünvana daha tez və vaxtında çatmasına şərait yaradır. Eyni zamanda, avtobusla səyahət şəxsi avtomobillə müqayisədə həm daha sərfəlidir, həm də daha təhlükəsiz hesab olunur.

Sərnişin tələbatını nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ceyranbatan və Sumqayıt istiqamətlərindən paytaxt istiqamətində bir sıra yeni avtobus marşrutları xəttə buraxılıb.

AYNA-nın mətbuat katibi Tural Orucov, sözügedən avtobuslarla bağlı milli.аz-ın sorğusuna cavab olaraq ətraflı məlumat verib.

Qeyd edib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 502, 509, 594 və 595 nömrəli marşrut xətləri fəaliyyət göstərir.

Eyni zamanda Ceyranbatan qəsəbəsini "Abşeron" ticarət mərkəzi ilə əlaqələndirən və "Xocəsən" metrostansiyasından keçən 505 nömrəli avtobus sərnişindaşıma xidməti təqdim edir.

H.Z.Tağıyev qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut, Sumqayıt şəhəri - "Binə" ticarət mərkəzi marşrutu üzrə fəaliyyət göstərən 509 nömrəli marşrut sərnişinlərə xidmət göstərir.

Paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri də təşkil edilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq, Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata tələbatını təmin etmək üçün 508 nömrəli marşrut istifadəyə verilib.  Marşrut Saray qəsəbəsini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.

Noyabrın 1-dən Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.  Belə ki, sərnişin axını nəzərə alınaraq 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirir.

Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə noyabrın 12-dən AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib. Marşrut üzrə ekoloji cəhətdən təmiz, 18 metrlik böyüktutumlu avtobuslar sərnişinlərə xidmət göstərir.

Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev Parkı) götürən hər iki marşrutun (500 və 503) son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsidir.

Eyni zamanda, Sumqayıt şəhərinin Sülh küçəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 123 nömrəli marşrut da fəaliyyət göstərir.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər