Bakıda qanunsuz ət kəsimi ilə bağlı reyd keçirilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlama zamanı aşağıdakı ərazilərdə yerləşən obyektlərdə nöqsanlar aşkarlanıb:
- Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi – 2 məntəqə;
- Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 21.
Adıçəkilən məntəqələrin sahibləri məsuliyyətə cəlb olunublar, onlarla profilaktik söhbətlər aparılıb. Yoxlamalar davam edir.