Bakıda daha bir şəhidin xatirəsinə tikilmiş abidənin açılışı olub. Bu haqda BakuPlus.az Qafqazinfo.az-a istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində Vətən müharibəsi şəhidi Kazımlı Mürsəl Kamil oğlunun adının əbədiləşdirilməsi məqsədilə abidə kompleksi inşa olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.
Abidə kompleksinin açılışından sonra şəhidin məzunu olduğu P.İsmayılov adına 278 saylı tam orta məktəbin şagird kollektivinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Suraxanı bazasının şagirdlərinin təqdimatında şeirlər səsləndirilib.