Suraxanı rayonu, Qaraçuxur və Yeni Günəşli qəsəbələrində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Bu haqda 24 iyun tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat verib.
Obyektlərdə heyvan kəsiminin baytarlıq nəzarəti olmadan həyata keçirildiyi məlum olub. Həmçinin qida təhlükəsizliyinin qaydalarına riayət olunmadığı müəyyənləşib.
Keçirilən yoxlama zamanı qəsəbə ərazisində 8 məntəqədə qanun pozuntuları aşkarlanıb.
[URIS id=49769]