Paytaxtın Suraxanı rayon Polis Bölməsində rəhbərlik dəyişib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polis mayoru Samir Çobanov Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub. Daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Bölmənin sabiq rəisi, polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli 22 sentyabr tarixində Suraxanı Rayon Polis İdarəsinin rəis müavini təyin olunmuşdu.