Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 32 ünvanında asfalt örtüyü dəyişilib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az məlumat verir.
Təmir işləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.
Analoji təmir-bərpa işləri rayonun digər qəsəbələrində də davam etdirilir.
[caption id="attachment_125022" align="alignnone" width="640"]
Foto Suraxanı RİH[/caption]