TƏBİB paytaxtın Binəqədi rayonunda 20 yaşlı Nəzrin Həsənovanın hamiləliklə əlaqədar qanaxmaya düşərək ölməsi barədə məlumat verib. Bu haqda bu gün, 1 dekabr tarixində APA məlumat verib.
Verilən məlumata görə, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30.11.2022-ci il tarixində saat 03:55-də çağırış daxil olub. Briqada saat 04:11-də ünvana çatdıqda hamilə qadını artıq keçinmiş vəziyyətdə aşkar ediblər. Lakin ailənin təkidi ilə meyit təcili yardım maşını ilə tibb müəssisəsinə aparılıb.
Hüquq-mühafizə orqanlarına məlumat verilib, meyit aidiyyəti üzrə təhvil verilib.