TƏBİB-də yeni təyinat olub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Elnur Hidayətoğlu Tibbi Əraziləri İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Daha öncə o, Bakı Baş Səhiyyə İdarəsinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışırdı.
TƏBİB-nin Daxili Kommunikasiya şöbəsinin müdiri isə Aynur Nurəliyevadır.