TƏBİB ölkədə qızılca xəstəliyinin yayılması ilə bağlı əhaliyə müraciət edib və peyvənd olunmağa çağırıb. Bu haqda bu gün, 30 noyabr tarixində bu gün, 30 noyabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
Qızılca kəskin, yüksək yoluxucu xəstəlikdir və əhalinin 90 faizinə yaxın təmas yolu ilə yoluxa bilər. Peyvənd olunan insanların təxminən 93 faizi bir dozadan sonra, 97 faizi isə ikinci dozadan sonra immun hesab olunur.
TƏBİB-nin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, əgər qızılca peyvəndi olmayan hamilə qadınlar xəstəliyə yoluxarsa, bu, vaxtından əvvəl doğuşa və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər.