Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Gözlənilən hava şəraiti ilə əlaqədar İcra Hakimiyyəti paytaxt sakinlərini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, eləcə də elektrik dirək və naqillərinin, hündür ağacların altında dayanmamaq, həmçinin avtomobilləri saxlamamaq tövsiyə olunur.
Belə ki, bu günün 2-ci yarısından etibarən 9 fevral tarixinə qədər Bakı şəhəri ərazisində hava kəskin dəyişəcək. Güclü külək əsəcək, qar yağacaq.