Təhsil müəssisələrinin Novruz bayramından sonra işə başlama tarixi bəlli olub. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Beşgünlük iş həftəsində dərs alanlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün qanuna uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləridir. Bu səbəbdən onlar üçün ilk dərs günü 27 mart olacaq.
Altıgünlük qrafiklə işləyən müəssisələrdə isə ilk dərs günü 26 mart tarixidir.