Yasamal rayonunda “Ətçilər” adlanan ərazi ləğv edilib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Mətbuat.az-a istinadən xəbər verir.
Rayonun M.Xiyabani küçəsində fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin söküntüsünə başlanılıb. Ərazidə 20-dən artıq kafenin söküldüyü bildirilir.
Sözügedən ərazi “Ətçilər” kababxanaları kimi tanınırdı. Burada kafelərlə yanaşı, xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi.