“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə məxsus Məişət Zorakılığından Zərər çəkmiş Qadınlar və Uşaqlar üçün Sığınacaq polis əməkdaşları tərəfindən mühafizə olunur. Bu haqda bu gün, 11 fevral tarixində Caliber.az məlumat verib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr verib.
Sığınacağın təhlükəsizliyi təmənnasız təmin edilir.